“SOCAR-da payın böyük hissəsi dövlətin əlində qalmalıdır”

“SOCAR-da payın böyük hissəsi dövlətin əlində qalmalıdır”
 

Azərbaycanda son günlərin gündəm mövzularından biri də dövlət şirkətlərinin alternativ maliyyə mənbələri hesabına maliyyələşdirilməsidir. Bu addımlardan biri kimi özəlləşdirilməyə xüsusi yer verilir. Özəlləşdirilməsi təklif edilən iri dövlət şirkətlər arasında SOCAR-ın adı da hallandırılır.

Bəs, SOCAR-ın özəlləşdirilməsi hazırda nə qədər realdır?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rövşən Ağayev "Marja”ya bildirib ki, 2016-cı ildə qəbul edilən "Strateji Yol Xəritələrində” dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsi qeyd edilib. Orada konkret olaraq özəlləşdiriləcək dövlət müəssisələrinin adıçəkilir. Bu siyahıda Aztelecom, Baktelekom kimi müəssisələrin özəlləşdirilməsi məsələsi var. 2020-ci ilə qədər telekommunikasiya sahəsində müstəqil tənzimləyici qurumun yaradılması və adıçəkilən müəssiələrin özəlləşdirilməsi məsələsi tam başa çatdırılmalı idi. Ekspert hesab edir ki, hökumət özəlləşdirməyə gedəcəksə, SOCAR kimi iri şirkətlərdən əvvəl "Strateji Yol Xəritələrinə” daxil etdiyi müəssisələr haqqında düşünməlidir.

SOCAR-ın özəlləşdirilməsi məsələsinin tez-tez gündəmə gətirildiyini deyən ekspert şirkətin tərkibində profilindən kənar çoxlu müəssisələrin olduğunu bildirir: "Bunlar sosial öhdəlik kimi SOCAR-ın üzərinə yüklənib və əlavə xərclər yaradır. Özəlləşdirməyə gedildikdə isə, SOCAR-ın sosial öhdəliklərindən azad olması lazım gələcək. Ümumiyyətlə isə investorlar üzərində sosial yük olan şirkətlərə maraq göstərmirlər. Həmçinin özəlləşdirmədən əvvəl korporativ idarəetmə modeli də təmin edilməlidir”.

"SOCAR-da özəlləşdirilməyə gedilməsini dövlət təhlükəsizliyi ilə əlaqələndirirlər. İstənilən halda sözügedən qurumun özəlləşdirilməsinə gedilsə belə, payın böyük hissəsi dövlətin əlində qalmalıdır. Məsələn, dünyanın ən böyük neft şirkəti – Səudiyyə Ərəbistanının "Saudi Aramco” şirkəti səhmlərinin 5%-ni kifayət qədər yüksək qiymətlə satışa çıxarıb”,- deyə ekspert vurğulayıb.

R.Ağayev qeyd edib ki, özəlləşdirmə məsələsində əlavə riskləri nəzərə alaraq dövlət xarici strateji investorlara diqqətlə yanaşmalıdır: "Yəni, burada hər hansı bir məmurun xaricdə şirkət yaradaraq bu səhmləri alması halı olmamalıdır”.

İşçilərin ixtisarına gəlincə ekspert bildirir ki, istənilən özəlləşdirmə prosesində bu risk qaçılmazdır: "Həmçinin qeyd etmək lazımdır ki, SOCAR işçi qüvvəsinin sayı üzrə ölkədə liderdir”.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...