Unibank daha bir vətəndaşımızın şəxsi biznesini qurmasına dəstək oldu

Unibank daha bir vətəndaşımızın şəxsi biznesini qurmasına dəstək oldu
 

Unibank özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmaqda davam edir. Bu dəfə bank Bakı sakini Şahin İbrahimovun şəxsi biznesini yaratmaq arzusunu reallaşdırıb. Şahin İbrahimov özünüməşğulluq layihəsi çərçivəsində "Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdan biridir. Bank əməkdaşları ona biznesi üçün lazım olan bütün avadanlıqları hədiyyə edib. Şahin İbrahimov özünüməşğulluq layihəsinin bütün tərəfdaşlarına minnətdarlığını bildirib: "Bu gün ailəmiz üçün çox əlamətdar bir gündür. İllərdir bu layihəni həyata keçirmək istəsəm də, maddi vəsaitim olmadığından arzu olaraq qalırdı. Şəxsi biznesi olmaq, ailənin daimi gəlir mənbəyinin olması, ailənlə bağlı planları, arzuları rahatlıqla həyata keçirmək deməkdir. Bu dəstəyə görə "Unibank”a və layihənin bütün iştirakçılarına təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.

 

Unibank-hər kəsin bankı!


OXŞAR XƏBƏRLƏR

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...

"Süni zəka dövrüdür, bəstəkara ehtiyac olmayacaq"

Əməkdar incəsənət xadimi Cavanşir Quliyev maraqlı açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, o, "Xəzər axşamı" verilişində qon...