Logo

Ekspert: “Bir çox neft-qaz şirkətlərində vitse-prezidentlərin sayı 10 nəfərdən çoxdur”

Ekspert: “Bir çox neft-qaz şirkətlərində vitse-prezidentlərin sayı 10 nəfərdən çoxdur”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentlərinin sayı tənqid mövzusu olmamalıdır.

Bunu Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji sahəsi üzrə ekspert İlham Şaban SOCAR-dakı vitse-prezidentlərin sayının çox olması ilə bağlı bəzi mülahizələri şərh edərkən bildirib.

O qeyd edib ki, BP, "LukOil”, "Rosneft”, "Total”, "Exxon Mobil” kimi nəhəng enerji şirkətlərində də vitse-prezidentlərin sayı 10-13 nəfər arasında dəyişir.

"İstənilən halda, SOCAR-da vitse-prezidentlərin sayı ilə bağlı problem yoxdur. Dünyada həm dövlət, həm kommersiya neft-qaz şirkətlərində də  bu say 10 nəfərdən yuxarıdır. Əsas məsələ şirkətin gəlirliliyi, qəbul edilən qərarların qısa zamanda icra edilməsi və bazarın konyunkturasına müvafiq addımların atılmasıdır”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR