Azərbaycan Beynəlxalq Bankı FICOSiron® proqramının tətbiqini başa çatdırdı

Azərbaycan Beynəlxalq Bankı FICOSiron® proqramının  tətbiqini başa çatdırdı
 

Azərbaycan Beynəlxalq Bankı çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində daha bir qabaqcıl yeniliyə imza atıb. Bank bu sahədə kompleks yanaşma imkanı verən FICOSiron® proqram təminatının tətbiqini başa çatdırıb. Bu proqram bir neçə modulu özündə birləşdirir və nəzarət orqanlarının, müxbir bankların tələblərinə tam uyğundur. Sistemə uğurla inteqrasiya nəticəsində müştəri hesablarının monitorinqi, köçürmələrin və ödənişlərin yoxlanılması, habelə müştəri risklərinin qiymətləndirilməsi proseslərinin real vaxt rejimində həyata keçirilməsi maksimum avtomatlaşdırılıb.

Əməliyyatları həyata keçirən bank əməkdaşları qərarların real vaxt rejimində qəbulu üçün sistemin komponentlərinə çıxış imkanlarına malikdirlər. Belə bir sistemin köməyi ilə əvvəllər aparılmış əməliyyatları da təhlil etmək mümkündür. FICO bazasında həllər sayəsində komplayns riskləri minimallaşdırılır və inzibatçının bu sahə üzrə normativ tələbləri tam yerinə yetirilir.

Komplayns proseslərinin avtomatlaşdırılması layihəsinə Azərbaycan Beynəlxalq Bankı hələ 2019-cu ildən start verib. Bankda Siron® həllərinin tətbiqi FICO-nun partnyoru olan RDTEX şirkətinin dəstəyi ilə yerinə yetirilib.

Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Fuad İslamov bildirib: "Maliyyə cinayətlərinə qarşı mübarizə geniş xarici müxbir şəbəkəsinə malik aparıcı bank kimi Azərbaycan Beynəlxalq Bankı üçün çox önəmlidir. FICO Siron® proqram təminatının tətbiqi banka bununla bağlı daxili və beynəlxalq qanunvericiliyin tələblərinə yüksək səviyyədə riayət etməyə, riskləri minimallaşdırmağa, bu sahədə xərcləri optimallaşdırmağa kömək göstərəcək. Bununla Azərbaycan Beynəlxalq Bankının rəqabət mövqeyi daha da güclənmiş olacaq. Bankımız üçün belə effektiv həlləri təmin edən tərəfdaşlarımız FICO TONBELLER və RDTEX şirkətlərinə təşəkkürümüzü bildiririk”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Maşınınızda bu aksesuarlar varsa, çıxarın - CƏRİMƏSİ VAR

Hətta sayrışan işıq görünüşlü salfet qutularına belə tələbat böyükdür.   Maraqlıdır, qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoakse...

Qurban Qurbanovun təbrik etmədiyi Bəhlul Mustafazadə “Qəbələ”yə keçir? – Klubdan AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Sabah”la oyundan sonra futbolçuları çempionluq münasibəti ilə təbrik edərkən Bəhlul Mustafaz...

Bakıda arvadı tərəfindən döyülən kişi xəstəxanalıq oldu

Bakının Nərimanov rayonu ərazisində kişi həyat yoldaşı tərəfindən döyülüb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisənin ailə münaqişə...

İmtahanların vaxı dəyişdi - DİM məlumat yaydı

İmtahan iştirakçılarının nəzərinə çatdırmaq istəyirik ki, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 4-də və daha sonrakı tarixlərdə, eləcə də, iyun, iyul, avqust ...

İlham Əliyev yük maşınının sükanı arxasında – FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodu...

Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb

2019-cu ildən etibarən ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına dəstək olan Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabatlarını təqdim edib....