Logo

Azərbaycan Mərkəzi Bankı hərracda 0,4 mln. dollar alıb

Azərbaycan Mərkəzi Bankı hərracda 0,4 mln. dollar alıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Cari ildə manatın məzənnəsi bəyan olunmuş çevik məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb-təklif nisbəti əsasında formalaşır. Lakin müəyyən de-dollarlaşma meylləri şəraitində son günlər valyuta bazarında təklifin tələbi üstələməsi səbəbindən manatın ABŞ dollarına nəzərən məzənnəsinin əhəmiyyətli möhkəmlənməsi baş verir".

Sfera.az Mərkəzi Banka istinadən bildirir ki, bununla əlaqədar olaraq məzənnənin kəskin qısamüddətli tərəddüdlərinin məhdudlaşdırılması məqsədilə valyuta bazarında alışyönlü müdaxilənin aparılması zərurəti yaranıb. Qeyd olunanları nəzərə alaraq Mərkəzi Bank bu gün valyuta alışı hərracı keçirib və hərrac 0,4 mln. ABŞ dolları həcmində yekunlaşıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR