Qızıl yenidən ucuzlaşmağa başlayıb

İqtisadiyyat
16:50 / 18.06.2020
2571
Dünya bazarında qızılın qiyməti yenidən azalmağa başlayıb.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün bir hərrac üzrə qiymətli metal 0,1% dəyər itirərək 1733,9 ABŞ dollarından satılıb.
Gündəlik ucuzlaşma isə 1,1%-ə çatıb. Halbuki çərşənbə axşamı keçirilən hərraclarda qızıl əvvəlki günə nisbətən 0,5% bahalaşmışdı. "Zaner Metals” mərkəzinin ekspertləri əks prosesə səbəb kimi investorların qiymətli kağızlar bazarına marağının artmasını, əvəzində qiymətli metallara tələbatının azalmasını göstərib.