TuranBank Avropa Yenidənqurma və İnkişaf Bankı ilə (AYİB) texniki yardım layihəsinə start verdi

TuranBank Avropa Yenidənqurma və İnkişaf Bankı ilə (AYİB) texniki yardım  layihəsinə start verdi
 

TuranBank ASC və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında "Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı” çərçivəsində, MKOS subyektlərinin maliyyələşdirilməsi potensialının artırılması istiqamətində müqavilə imzalanmışdır.İmzalanmış müqaviləyə  uyğun olaraq nüfuzlu Biznes və Maliyyə Məsləhət şirkəti tərəfindən bankımıza MKOS maliyyələşdirilməsi üzrə texniki yardım və dəstək xidmətləri göstəriləcəkdir. Bununla bağlı qarşı tərəfin ekspertlərindən ibarət işçi qrupu bankımızda müvafiq qaydada qiymətlindirmələr aparmış və həyata keçiriləcək layihələrin planı təsdiq edilmişdir.

 

AYİB tərəfindən göstəriləcək texniki yardım və xidmətlər TuranBank ASC-nin kreditləşdirmə potensialının gücləndirilməsi, təşkilati strukturunun təkmilləşdirilməsi, menecment informasiya sistemlərinin tətbiqi və MKOS subyektlərinin maliyyələşdirilməsi üzrə marketinq strategiyasının hazırlanması istiqamətlərini əhatə edəcəkdir. Proqramın icrası bir il müddətində davam edəcəkdir.
 
TuranBank
Bizimlə etibarlıdır......

 


OXŞAR XƏBƏRLƏR

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...