Azər Türk Bankdan plastik kartlar üzrə yeni kampaniya
Daim müştərilərinin rifahı və rahatlığını düşünən dövlət bankı Azər Türk Bank 15 iyun — Milli Qurtuluş Günü və 26 iyun — Silahlı Qüvvələr Günü münasibətilə yeni kampaniyaya başlayır.
Belə ki, 15 iyun - 31 iyul 2020-ci il tarixləri aralığında davam edəcək kampaniya müddətindədebet kartlarıdəyərinin 50 faiz həcmində endirimlə təklif ediləcəkdir.
Bundan əlavə, bayram günləri –15 iyun və 26 iyun tarixlərində kart sahibi olmaq üçün Banka onlayn müraciət edən şəxslərə 3 illikMC Gold debet kartıpulsuz veriləcəkdir.
Kampaniya zamanıkredit kartıalmaq istəyən müştərilərə, kreditin müddətinə uyğun olaraq, MC Gold kartı Bank tərəfindən hədiyyə ediləcəkdir.
Daha ətraflı məlumatıwww.atb.azsaytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, Whats App (055) 7770-945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.






