Bu ayın sonuna TANAP-la daşınan qazın həcmi 6 mlrd kubmetrə çatacaq

Bu ayın sonuna TANAP-la daşınan qazın həcmi 6 mlrd kubmetrə çatacaq
 

Azərbaycan təbii qazını Türkiyəyə nəql edən Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) ticarət əməliyyatlarının başlanmasının ikinci ilinin tamamlandığı 30 iyun tarixində Azərbaycandan bu ölkəyə tədarük edilmiş təbii qazın həcmi 6 mlrd kubmetrə çatacaq.

Sfera.az xəbər verir ki, bunu TANAP konsorsiumunun Baş direktoru Saltuk Düzyol "Anadolu” xəbər agentliyinə müsahibəsində bildirib.

 

O xatırladıb ki, TANAP-la Türkiyəyə qaz nəqlinin həcmi pilləli şəkildə artırılır. S Düzyol TANAP-la kommersiya qazının nəqlinə başlanıldığı ilk ildə 2 mlrd kubmetr həcmində qaz nəql edildiyini bildirib.

Onun sözlərinə görə, TANAP sadəcə iki ölkə arasında bir layihədən daha artıq bir mövqeyə çatıb.

TANAP rəsmisi Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Təbii Qaz Boru Kəmərinin (TAP) sınaq və istismara verilmə müddətində istifadə olunmaq üçün 21,4 mln kubmetr qaz verildiyini də qeyd edib. "Qarşıdakı aylarda tələbata uyğun olaraq bu miqdarı artıra bilərik”, - o əlavə edib.

O həmçinin qeyd edib ki, TANAP kommersiya əməliyyatlarına başlayandan bəri hər hansı ləngimə qeydə alınmayıb. "Nəqlin miqdarı və tarifləri əvvəlcədən müəyyən edilmiş 15 illik qaz tranzit sazişləri çərçivəsində müəyyənləşir. Bu səbəbdən də dünyada yaşanılan iqtisadi və sosial məzmunlu böhranlar fəaliyyətimizdə hansısa ləngimə yaratmır. Yeni növ koronavirus pandemiyasının təsiri altında olduğumuz bu dövrdə də həyata keçirilən planlaşdırma və qabaqlayıcı tədbirlər sayəsində davamlılığı fasiləsiz təmin edirik”, - TANAP-ın baş direktoru əlavə edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilir.

Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. 2018-ci il iyunun 12-də TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi keçirilib, iyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb.

Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Eskişəhər-Ədirnə -Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir. Bu hissəninn açılışı ötən il noyabrın 30-da həyata keçirilib.

Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd kubmetr təşkil edir. Bu həcmin mlrd kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd kubmetri isə Avropaya nəql ediləcək. 


OXŞAR XƏBƏRLƏR

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...

Ronaldo 925-ci qolunu vurdu

Portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" kollektivi Səudiyyə Ərəbistanı Pro Liqasının XXII turunda qələbə qazanıb. ...

Rafael Fiziyev amerikalı idmançını döyüşə dəvət etdi

Azərbaycan idmançısı Rafael Fiziyev amerikalı Castin Qeyci ilə döyüşmək niyyətindədir.   Sfera.az xəbər verir ki, o, Las-Veqasda (ABŞ) baş tutacaq &q...