Bank Respublika və VISA “NFC ilə ödə, keşbek qazan” kampaniyasını elan edir

Bank Respublika və VISA “NFC ilə ödə, keşbek qazan” kampaniyasını elan edir
 

Ölkəmizdə nağdsız ödənişlərin inkişafına daim dəstək verən Bank Respublika, Visa beynəlxalq ödəniş sistemi ilə birgə NFC istifadəçiləri üçün sərfəli kampaniyaya start verir.

Belə ki, 10 iyun – 10 avqust 2020-ci il tarixləri arasında davam edəcək kampaniya çərçivəsində, smartfonla NFC texnologiyası  üzərindən  hər biri minimum 5 manat həcmində olmaqla 10 ödəniş edən müştərilər 25 manat dəyərində keşbek qazanacaq. 2 ay davam edəcək kampaniya ərzində hər bir Visa kartı ayda 1 dəfə keşbek qazanma imkanına malik olacaq.

Bunun üçün "Mobil Şöbə” əlavəsini smartfona yükləmək, Bank Respublikaya aid hər hansı Visa kartı üçün bir kliklə NFC-ni aktiv etmək və onu POS terminalda ödənişlər üçün istifadə etmək kifayətdir. Bununla da, kartlarında təmassız ödəniş imkanı olmayan kart sahibləri belə, NFC texnologiyası vasitəsilə, kart üçün xüsusi rəqəmsal nömrəni (token) aktivləşdirərək təmassız ödənişlər həyata keçirə biləcəklər.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytındafacebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...