Logo

"TuranBank" uşaqlar arasında - MÜSABİQƏ KEÇİRİR!

"TuranBank" uşaqlar arasında - MÜSABİQƏ KEÇİRİR!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın aparıcı banklarından olan "TuranBank" ASC korporativ sosial məsuliyyət proqramlarının davamı olaraq növbəti layihəsinə start verib.

Sfera.az xəbər verir ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə TuranBank "Ümid Yeri" Uşaqlar Evinin balaca sakinləri arasında "Uşaqları qoruyaq” adlı rəsm müsabiqəsi keçirir. İştirak etmək üçün yaş həddi təyin olmayan müsabiqədə sığınacağın bütün sakinləri iştirak edə biləcək.

21 -31 may tarixləri arasında təşkil olunan müsabiqənin qalibi 1 İyun tarixində elan ediləcək. Qalibə bank tərəfindən kompüter və printer hədiyyə olunacaq.

Bütün iştirakçılara uğurlar arzulayırıq!

TuranBank

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR