Logo

“Brent” neftinin qiyməti 35 dolları ötdü

“Brent” neftinin qiyməti 35 dolları ötdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Dünya bazarında xam neftin qiymətləri yenidən artıb.

Sfera.az xəbər verir ki, Bakı vaxtı ilə saat 18:42-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında "Brent markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 8,09% artaraq 35,13 ABŞ dolları təşkil edib.

Bu markalı neftin qiyməti sonuncu dəfə aprelin 9-da 35 ABŞ dollarından yuxarı olmuşdu.

Nyu-Yorkun "Nymex” əmtəə birjasında WTI markalı neftin iyun fyuçerslərinin bir barelinin qiyməti 9,7% artaraq 32,39 ABŞ dolları olub. (report.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR