Logo

Dünya Neft Konqresi təxirə salındı

Dünya Neft Konqresi təxirə salındı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Bu il dekabrın 6-dan 10-dək Hyustonda keçirilməsi nəzərdə tutulan 26-cı Dünya Neft Konqresi 2021-ci il dekabrın 5-9-na təxirə salındı.

Sfera.az xəbər verir ki, bu barədə tədbirin Təşkilat Komitəsinin açıqlamasında bildirilir.

"COVID-19-un səhiyyə, təhlükəsizlik, səyahətlərin məhdudlaşdırılması, dünya neft sənayesi də daxil olmaqla müxtəlif sahələrdəki fəsadlarının geniş yayılması dünya üçün fövqəladə təhlükələr yaradaraq neft-qaz sektoruna çox böyük ziyan yetirib”, - açıqlamada qeyd olunub.

Xatırladaq ki, tədbirin təşkilatçısı Dünya Neft Şurası 1933-cü ildə təsis edilib və qərargahı London şəhərində yerləşir. Qurumun 65 üzv ölkəsi arasında ən böyük neft istehsalçıları olan Səudiyyə Ərəbistanı, Rusiya və ABŞ da var. (report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR