Logo

VÖEN-in olması 190 manatlıq yardım almağa əngəldir? - Nazirdən AÇIQLAMA

VÖEN-in olması 190 manatlıq yardım almağa əngəldir? - Nazirdən AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 "VÖEN-in olması 190 manatlıq yardım almaq üçün neytral xarakter daşıyır. Passiv VÖEN-ə görə kiməsə imtina verilibsə, buna aidiyyəti üzrə baxılmalıdır”.

Sfera.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

O qeyd edib ki, bunun yardımın verilməsi ilə bağlı qaydalar arasında olub-olmadığına baxılmalıdır.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov isə əlavə edib ki, bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini ilə danışıb:

"Bu məsələ ətrafında çox söhbətlər olur. Nazir müavini ilə razılaşmışıq, VÖEN-in bu məsələyə aidiyyəti yoxdur. VÖEN, sadəcə, bir nömrədir.

Buna görə imtina alınıbsa, bu gün də təkrar müraciət edə bilərlər. Əgər yenə anlaşılmazlıq yaranarsa, aidiyyəti quruma müraciət edə bilərlər”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR