Premium kart sahibləri üçün şəxsi çatbot
Azərbaycan Beynəlxalq Bankı özünün premium kart sahibləri üçün yeni imkan yaradıb. Bank VISA və Mastercard beynəlxalq ödəniş sistemləri tərəfindən təqdim olunan Chatbot-Concierge (şəxsi köməkçi) xidmətini kart sahiblərinin istifadəsinə verib.
Belə ki, artıq Bankın VISA Platinum, VISA Infinite kart sahibləri Telegram, Messenger və Viber vasitəsilə VISA Chatbot-Concierge xidmətindən, Mastercard World Elite kart sahibləri isə Whatsapp, Telegram, Messenger və Viber vasitəsilə MC Chatbot- Concierge xidmətindən ödənişsiz istifadə edə bilərlər. Müştəri müvafiq kartları Azərbaycan Beynəlxalq Bankından əldə edərkən bu xidmətə avtomatik qoşulur. Kartın istifadə müddəti boyunca heç bir xidmət haqqı ödəmədən bu unikal imkandan faydalanır.
Konsyerj xidməti bir çox üstünlükləri özündə birləşdirir: işgüzar səfərlər və səyahətlərlə bağlı faydalı məlumatlar, məsləhətlər verir. Şəhər bələdçisi, biznes etiketləri, pasport və viza tələbləri, hava şəraiti və digər çoxsaylı lazımi məlumatları istənilən vaxt kart sahibinin diqqətinə çatdırır. Bu xidmət vasitəsilə, gəzinti turlarının tarixi, əyləncə və idman tədbirləri, dünyanın müxtəlif şəhərlərindəki restoranlarla bağlı məlumat və tövsiyələr almaq olar.






