Logo

SOCAR I rübdə hasilatını artırıb

SOCAR I rübdə hasilatını artırıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2020-ci ilin birinci rübündə öz imkanları ilə istismar etdiyi yataqlarda 1,9 milyon ton neft, 1,8 milyard kubmetr qaz hasil edib.

Sfera.az xəbər verir ki, bu barədə SOCAR-ın I rüb üzrə hesabatında qeyd edilib.

Məlumata görə, I rübdə ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artaraq 10 milyard kubmetr, neft hasilatı 9,3 milyon ton təşkil edib.

Bildirilib ki, SOCAR-ın özünün istismar etdiyi yataqlarda hasilatın artmasına baxmayaraq, ümumilikdə ölkə üzrə neft hasilatının idarəolunan templə təbii azalması davam edib.

Qeyd edək ki, ötən ilin I rübündə ölkə üzrə qaz hasilatı 9,1 mlrd kubmetr, neft hasilatı 9,7 mln ton təşkil edib. SOCAR üzrə 1,85 mln ton neft, 1,56 mlrd kubmetr qaz hasil olunub. (report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR