Logo

Kapital Bank-dan təqaüd və sosial kart sahiblərinə növbəti müjdə!

Kapital Bank-dan təqaüd və sosial kart sahiblərinə növbəti müjdə!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bildiyiniz kimi, ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi səbəbindən insanların kütləvi toplaşması tövsiyə

olunmur. Bu səbəbdən Kapital Bank-ın sosial müavinət, pensiya və kompensasiya ödənişləri alan müştərilər üçün

xüsusi şərtlər tətbiq edilir.

Belə ki, 8 aprel 2020-ci il tarixindən Kapital Bank-ın ödəniş kartları ilə pensiya, müavinət, təqaüd, kompensasiya və

ünvanlı dövlət sosial yardım alanlar, vəsaitlərini ərazilərinə yaxın olan istənilən bankın və ya Azərpoçt-un

bankomatlarından 2 ay ərzində komissiyasız nağdılaşdıra biləcəklər. Tranzaksiyalar üzrə bütün xərclər Kapital Bank

tərəfindən ödənilir.

Bu addımı atmaqla, bank filialları və bankomatların qarşısında olan növbələr azalacaq və insanların karantin rejiminin

tələblərinə əməl etmələrinə kömək olacaq. Kapital Bank-ın bütün bankomatlarında hər gün müvafiq dezenfeksiya

işləri aparılır. Həmçinin ölkə üzrə Kapital Bank-ın ödəniş kartları vasitəsilə pensiya alan müştərilərin məmnuniyyətini

artırmaq məqsədilə yaşı 65-dən yuxarı olan və ilk dəfə pensiya kartı alan müştərilərin kartları onların yaşadıqları

ünvana çatdırılır.

Qeyd edək ki, hazırda dövriyyədə Kapital Bank-ın 3 milyondan artıq ödəniş kartı vardır. Bu ödəniş kartları ilə onlayn

ödənişlər etmək, ATM-lərdə pul nağdlaşdırmaq, həmçinin müxtəlif alış-veriş mərkəzlərində, klinikalarda, apteklərdə,

yanacaqdoldurma məntəqələrində və digər yerlərdə nağdsız ödənişlər etmək mümkündür. Kapital Bank-ın ölkə üzrə

800-dək bankomatı, 10 000-dək POS terminalı vardır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin

xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196

Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR