Logo

Azərbaycan Beynəlxalq Bankından özünüməşğulluğa dəstək

Azərbaycan Beynəlxalq Bankından özünüməşğulluğa dəstək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Beynəlxalq Bankı aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata

keçirilən özünüməşğulluq proqramına qoşulub. Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyinin icra etdiyi bu proqram çərçivəsində aztəminatlı ailələr öz biznes planlarına uyğun

olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. Burada məqsəd həmin ailələrə kiçik biznes

qurmaq, yaxud mövcud biznesi inkişaf etdirmək üçün şərait yaratmaqdır. Elə bu proqramın unikallığı da

vətəndaşlara nağd vəsaitin ayrılmaması, göstərilən köməyin sırf biznes yönümlü olması, daimi

məşğulluğa yönəlməsidir. Azərbaycan Beynəlxalq Bankı da kiçik və orta biznesin inkişafına dəstək

strategiyasından və korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək bu proqramda iştiraka

başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq əsasında Bank özünün

Sahibkarlar Klubu xəttilə 50-dək aztəminatlı ailəyə kiçik biznes qurmaqda dəstək verəcək. Həmin ailələri

isə Dövlət Məşğulluq Xidməti müəyyən edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası

arasında imzalanmış Memorandum çərçivəsində də Azərbaycan Beynəlxalq Bankı həssas əhali

qruplarının özünəməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində tədbirlər həyata keçirir. Bank

artıq 3 aztəminatlı ailəyə kiçik sahibkarlıq müəssisəsi qurmaqdan ötrü lazımi avadanlıqların alınması

üzrə sənədlər təqdim edib. Onlar karantin dövrü başa çatandan sonra fəaliyyətə başlayacaqlar. Belə ki,

Bakının Nərimanov rayonu ərazisində yaşayan Etibar Vəliyev adlı vətəndaşa avtomobil şinlərinin təmiri

ilə məşğul olmaqdan ötrü Azərbaycan Beynəlxalq Bankı lazımi avadanlıq alır. Daha bir vətəndaşımız

Sabir Əliyev isə Bankın təqdim etdiyi avadanlıqla un məmulatları istehsal edərək özünün və ailə

üzvlərinin məşğulluğunu təmin edə biləcək. Bank Sabunçu rayonunda yaşayan Müqabil Allahyarova da

ailəsi ilə birgə broyler inkubatoru biznesi ilə məşğul olmaqdan ötrü lazımi avadanlıq təqdim edir. Bankın

öz işini qurmaqda kömək göstərdiyi vətəndaşlardan iki nəfərinin fiziki məhdudiyyətli, digərinin məcburi

köçkün olması bu layihənin sosial dəyərini daha da artırır.

Azərbaycan Beynəlxalq Bankının korporativ istiqamət üzrə Baş direktoru Nərgizxanım Biləndərli

qeyd edib:"Ölkənin ən böyük bankı kimi biz iri, orta və kiçik bizneslərlə yanaşı, ailə biznesinə də

dəstək veririk. Özünüməşğulluq proqramı üzrə yerinə yetirdiyimiz layihələr, həssas əhali

qruplarının, aztəminatlı ailələrin məşğulluq məsələlərinin həlli ilə yanaşı, biznesin inkişafına da

əlverişli mühit yaradır. Sahibkarlar Klubumuz da özünəməşğulluq proqramı çərçivəsində öz işini

quran kiçik sahibkarlara mümkün köməyi göstərməyə hazırdır”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə

məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat

Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR