Logo

Müavinət və pensiyaları bütün bankomatlardan komissiyasız nağdlaşdırmaq mümkün oldu

Müavinət və pensiyaları bütün bankomatlardan komissiyasız nağdlaşdırmaq mümkün oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bildiyiniz kimi, ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi səbəbindən insanların kütləvi toplaşması tövsiyə

olunmur. Bu səbəbdən Kapital Bank-ın sosial müavinət, pensiya və kompensasiya ödənişləri alan müştərilər üçün

xüsusi şərtlər tətbiq edilir.

Belə ki, 8 aprel 2020-ci il tarixindən Kapital Bank-ın ödəniş kartları ilə pensiya, müavinət, təqaüd, kompensasiya və

ünvanlı dövlət sosial yardım alanlar, vəsaitlərini ərazilərinə yaxın olan istənilən bankın və ya Azərpoçt-un

bankomatlarından 2 ay ərzində komissiyasız nağdılaşdıra biləcəklər.

Bu addımı atmaqla, bank filialları və bankomatların qarşısında olan növbələr azalacaq və insanların karantin rejiminin

tələblərinə əməl etmələrinə kömək olacaq. Kapital Bank-ın bütün bankomatlarında hər gün müvafiq dezenfeksiya

işləri aparılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin

xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196

Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR