Nağdsız ödənişlərdən qazan və koronavirusla mübarizəyə dəstək ol!
Azərbaycan Beynəlxalq Bankı COVID-19 pandemiyası ilə bağlı elan edilmiş
karantin dövründə nağdsız ödənişlərə, alış-verişlərin evdən çıxmadan onlayn qaydada
aparılmasına marağın artırılması üçün stimullaşdırıcı tədbirlər həyata keçirir. Bank bu
məqsədlə özünün yeni "Qayğı” proqramını təqdim edib.
Proqram çərçivəsində aprelin 4-dən ayın sonuna kimi bankın əməkhaqqı və pensiya
kartları ilə onlayn qaydada və ya POS terminallar vasitəsilə aparılan hər ödənişə görə
müştərilər 2% kəşbək qazanacaqlar. Qazanılmış kəşbəkin 1%-i müştərinin kart hesabına
qayıdacaq. Qalan 1% isə ianə şəklində Koronavirusla Mübarizəyə Dəstək Fonduna
köçürüləcək. Bu barədə daha ətraflı buradan öyrənmək olar.
Azərbaycan Beynəlxalq Bankı karantin rejiminin tələblərini nəzərə alaraq müştərilərə
evdən çıxmadan market və apteklərdən sifarişlərini kartla onlayn qaydada həyata
keçirməyi tövsiyə edir. Nağdsız ödənişlər dövriyyə zamanı əldən-ələ keçərək infeksiyanın
yayılmasına şərait yaradan kağız pulların sağlamlıq üçün yaratdığı risklərdən qorunmaq
baxımından da əhəmiyyətlidir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri
barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən,
937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək
olar.






