Logo

Subsidiya alan fermerlerə şad xəbər!

Subsidiya alan fermerlerə şad xəbər!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kapital Bank və Azərpoçt, koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün

mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu dəfə adıçəkilən qurumlar korporativ sosial məsuliyyət strategiyasına

uyğun olaraq, həmçinin fermerlərə qayğı göstərmək məqsədilə növbəti dəstək kampaniyasına başlayıb.

"Subsidiya 2020” layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf

Agetliyi təşəbbüsü və Kapital Bank-ın dəstəyi ilə fermerlerə ödənilən subsidiyalar nağd şəkildə deyil, "Fermer kartı”

vasitəsilə ödənilir. İnsanarın qapalı məkanlarda kütləvi toplanmasının qarşısını almaq üçün bu kartlar Azərpoçt

filialları vasitəsilə fermerlərin ünvanlarına çatdırılacaq. Artıq fermerlər kartları əldə etmək üçün Kapital Bank

filiallarına gəlməli olmayacaqlar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin

xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196

Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR