Logo

Kapital Bank elektron ticarətlə məşğul olanlara güzəştlər təqdim edir

Kapital Bank elektron ticarətlə məşğul olanlara güzəştlər təqdim edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son günlər ölkədə xüsusi karantin rejiminin tətbiqi nəticəsində, müştərilərlə birbaşa təması minimuma endirmək

məqsədilə bir sıra mağazalar onlayn fəaliyyət göstərir. Bunu nəzərə alaraq Kapital Bank-la əməkdaşlıq etmək istəyən

Elektron Ticarət (e-Commerce ) ilə məşğul olan şirkətlər bir sıra endirim və güzəştlərdən bəhrələnə bilərlər.

Belə ki, Kapital Bank-la əməkdaşlıq etmək istəyən sahibkarlar 3 iş günü ərzində partnyorlar sırasına tam olaraq pulsuz

qoşula bilərlər. Həmçinin kampaniya müddətində partnyorlara həm taksitli əməliyyatlar, həm də birdəfəlik ödəniş

üçün endirimli komissiyalar təklif olunur.

Müraciət etmək istəyənlər (050) 255 01 96 , (051) 206 52 49 nömrələri və ya [email protected] ünvanı ilə

əlaqə saxlaya bilərlər. Kampaniya 31 may 2020-ci tarixinədək davam edəcək.

Bundan başqa sahibkarlar qapıda ödəniş etmək istəyən müştərilər üçün yeni nəsil Smart kassaları da Kapital Bank-dan

əldə edə bilərlər. Yeni nəsil "ağıllı” kassalar – POS terminal xidməti, kassa aparatı, NFC (təmassız), QR, taksitlə

(aylara bölünərək ödəmə) ödənişlərin qəbulu, Cash-back və millərin dərhal hesablanması, BirBank ürəklər və ya

analoji digər loyallıq sistemləri üzrə əməliyyatların aparılması, anbarda olan qalıq məhsullara nəzarət, Bar kodun

oxunması, müştəri imzasının touch screen ekranda qoyulması və sair digər funksiyalara malikdir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin

xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196

Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR