Logo

Moody"s Azərbaycan Beynəlxalq Bankının reytinq proqnozunu stabil qiymətləndirdi

Moody"s Azərbaycan Beynəlxalq Bankının reytinq proqnozunu stabil qiymətləndirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

COVID-19 pandemiyası və neftin qiymətinin ucuzlaşması ilə bağlı yaranmış yeni sosial-

iqtisadi reallıqlar şəraitində Moody's Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın bank sektoru

ilə bağlı təhlillər aparıb. Sektordakı vəziyyət, perspektivlər, mümkün risklər qiymətləndirilib. Bu

təhlillər çərçivəsində ölkənin bank sektorunda əhəmiyyətli mövqeyə malik Azərbaycan

Beynəlxalq Bankının bəzi reytinqlərinə də yenidən baxılıb.

Agentlik Bankın kredit ödəmə qabiliyyəti reytinqini (Baseline Credit Assessment), eləcə də

yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini stabil qiymətləndirib. Yerli və xarici

valyutada depozitlər üzrə həm uzunmüddətli, həm də qısamüddətli Qarşı Tərəfin Risk Reytinqi

(CRRs) və Qarşı Tərəfin Risk Qiymətləndirməsi (CR) isə NP səviyyəsində qərarlaşıb.

Moodys Azərbaycan Beynəlxalq Bankının kapitalının adekvatlığı əmsalının 2019-cu ilin

sonuna 33,1% səviyyəsində olduğunu diqqətə çatdırır. Müəyyən edilmiş normadan təxminən

üç dəfə yüksək olan bu göstəricinin bank üçün kifayət qədər güclü təhlükəsizlik mövqeyi

yaratdığı bildirilir. Hesab edilir ki, Azərbaycan Beynəlxalq Bankının maliyyə vəziyyəti, kapital

mövqeyi hər hansı neqativ təsirlərə qarşı onun dayanıqlığını təmin edəcək.

Agentlik ekspertlərinin rəyinə görə, Azərbaycan Beynəlxalq Bankına qoyulmuş depozitlərə

dövlət dəstəyi bundan sonra da davam etdiriləcək. Bu, həm də bankın irimiqyaslı və aparıcı

bank olması, sistem əhəmiyyəti daşıması ilə bağlıdır.

Moodys-in rəyində o da göstərilir ki, indiki şəraitdə Azərbaycan Beynəlxalq Bankının idarə

olunması vəziyyəti, bankda tətbiq edilən korporativ idarəetmə qaydaları ilə bağlı agentliyin hər

hansı narahatlığı yoxdur.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə

məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli

Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR