SOCAR-dan benzin satışı haqda açıqlama
Kateqoriya məlum deyil
"SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrində bütün yanacaq növlərinin satışı fasiləsiz davam etdirilir.
Sfera.az xəbər verir ki, bunu "Report”a QSC-nin Mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.
O qeyd edib ki, hər bir istehlakçı əvvəlki qaydada istədiyi miqdarda yanacaq əldə edə bilər:
"Ümumilikdə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara əməl edirik və hazırda heç bir məhdudiyyət yoxdur”.(yeni sabah)






