Logo

"BakuBus" avtobuslarında sosial məsafənin gözlənilməsi qaydaları tətbiq edilib

"BakuBus" avtobuslarında sosial məsafənin gözlənilməsi qaydaları tətbiq edilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, "BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb.

Sfera.az xəbər verir ki, bu barədə report-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qaydalara əsasən mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub.

"Sərnişinlərimizə anlayış göstərərək sosial məsafəni gözləmələrini tövsiyə edirik.

Hörmətli sərnişinlər, yalnız zəruriyyət olduğu halda ictimai nəqliyyatdan istifadə edin", - deyə qurum bəyan edib.

"BakuBus" avtobuslarında sosial məsafənin gözlənilməsi qaydaları tətbiq edilib
"BakuBus" avtobuslarında sosial məsafənin gözlənilməsi qaydaları tətbiq edilib
"BakuBus" avtobuslarında sosial məsafənin gözlənilməsi qaydaları tətbiq edilib

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR