“Günay Sığorta” Koronavirusla Mübarizə Fonduna ianə ayırdı - MƏBLƏĞ
Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Koronavirusla (COVİD-19) Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb. Şirkət fondun hesabına virusla mübarizə məqsədilə 100 min manat məbləğində vəsait köçürüb.
Koronavirusla Mübarizəyə Dəstək Fondu ölkə başçısı cənab İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb.
Qeyd edək ki, şirkət tərəfindən 20 mart tarixində "Ailənizin sağlamlığı sizin sığortanızdır!" adlı sosial layihəsi çərçivəsində paytaxtın müxtəlif nöqtələrində insanlara qoruyucu maska, dezinfeksiyaedici məhlul və maarifləndirici materiallar paylanılıb və regionlarda da cari fəaliyyət davam etdiriləcək.






