Logo

"Azərbaycanın valyuta ehtiyatları iqtisadi sabitliyi qoruyub-saxlamağa imkan verir" - RƏY

"Azərbaycanın valyuta ehtiyatları iqtisadi sabitliyi qoruyub-saxlamağa imkan verir" - RƏY
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Dünya bazarında neftin ucuzlaşması müvəqqətidir. Nəzərə almaq lazımdır ki, qiymətin düşməsi əsasən, Çində yayılmış koronavirusun nəticəsidir. Bu virus isə tədrcən, havalar istiləşdikcə aradan qalxacaq və neftin qiyməti yenidən artmağa başlayacaq".

Bunu "APA-Economics"ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, "qara qızıl"ın ucuzlaşması Azərbaycanın gəlirlərini azaltsa da, bundan narahat olmaq lazım deyil, çünki ölkə iqtisadiyyatı dayanıqlıdır: "Azərbaycanın valyuta ehtiyatları iqtisadi sabitliyi qoruyub-saxlamağa imkan verir. Manatın məzənnəsi təkcə neftin qiymətindən asılı deyil. Milli valyutanın arxasında qeyri-neft sektoruna aid kifayət qədər əmtəə və xidmət dayanıb, bütün bunlar iqtisadiyyatın sabitliyinə xidmət edir. Yəni, bir neçə il əvvəlki kəskin devalvasiya hazırda real deyil. Bu gün manatın valyuta bazarındakı mövqeyi kifayət qədər möhkəmdir".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR