Logo

Bu bankın kartlarında endirim başlandı

Bu bankın kartlarında endirim başlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Beynəlxalq Bankı 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı

münasibətilə mart ayı ərzində ödəniş kartlarında müxtəlif endirim kampaniyaları elan

edib. Belə ki, 06.03.2020 – 19.03.2020 tarixlərində müştərilər Tamkart VISA Classic və

Tamkart MasterCard Standard kartlarını bankdan pulsuz, Tamkart VISA Gold və

Tamkart MC Gold kartlarını isə 50% endirimlə (15 AZN) ala biləcəklər.

Bankın start verdiyi daha bir kampaniya da Tamkartla aparılan taksit əməliyyatlarına

aiddir. 06.03.2020 - 31.03.2020 tarixlərində "28 Mall”, "Park Bulvar” və "Gənclik Mall”

ticarət mərkəzlərində yerləşən partnyor mağazalarda Tamkartla aparılmış taksit

əməliyyatları zamanı əlavə 2 ay taksit tətbiq olunacaq.

Bundan başqa, 07.03.2020-10.03.2020 tarixlərində bütün Tamkart kredit kart

məhsulları vasitəsilə gül mağazaları, kafe və restoranlarda nağdsız ödənişlər zamanı kart

sahiblərinə əməliyyat məbləğinin 3%-i miqdarında kəşbək ödəniləcək.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri

barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən,

937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək

olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR