Logo

"TuranBank" 8 mart bayramı münasibətilə kampaniya keçirir

"TuranBank" 8 mart bayramı münasibətilə kampaniya keçirir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"TuranBank” ASC Beynəlxalq Qadınlar günü münasibətilə xanımlar üçün özəl kampaniyaya start verib.

Bankdan Sfera.az-a  verilən məlumata görə, bayramda heç bir xanım diqqətsiz qalmasın deyə kredit və depozit məhsulları xanımlara güzəştli şərtlərlə təklif olunacaq. Mart ayının 13-dək davam edəcək kampaniyanın şərtlərinə əsasən həmin müddət ərzində kredit üçün müraciət edən xanımlar 24 ay müddətinə 15 000 manatadək məbləğində krediti 8% güzəştlə, komissiyasız əldə edə biləcəklər. Pulunu etibarlı əllərə əmanət etmək istəyən xanımlar isə "TuranBank”da depozit növündən asılı olaraq əmanətlərini 1% artımla yerləşdirə biləcəklər.

Qeyd edək ki, kampaniya haqqında daha ətraflı məlumatı "935” Məlumat Mərkəzi və ya (050 268 72 22) "Whastapp” nömrəsi ilə əlaqə saxlayaraq əldə etmək olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR