Logo

BirKart əldə etmək daha asan oldu!

BirKart əldə etmək daha asan oldu!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

BirKart yeni "End to End” layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində müştərilər tərəfindən daxil olan BirKart

müraciətlərinin emalı prosesi xeyli asanlaşdırılıb və tezləşdirilib. Beləliklə, BirKart arzusunda olan müştərilər

vaxtlarına qənaət edərək kartı daha rahat və sürətli şəkildə əldə edə biləcəklər.

Artıq banka gəlmədən BirKart-ı onlayn qaydada rəsmiləşdirmək mümkündür. Yaşı 18-dən yuxarı və rəsmi gəliri olan

hər kəs www.birkart.az və www.kapitalbank.az saytları, WhatsApp və digər onlayn üsullar vasitəsi ilə BirKart-la bağlı

müraciət edə bilər. Yenilik, həmçinin nağd pul krediti məhsuluna da şamil olunur. BirKart-ı və ya nağd pul kreditini

götürmək üçün isə filialda sadəcə imza atmaq kifayətdir.

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18

ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən

aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS

məlumatlandırma xidməti isə pulsuzdur.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook

səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə

SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR