Mövzu: Bank BTB xanımlara Nağd Pul məhsulu üzrə 8%-dək endirim təklif edir.
Bank BTB Nağd Pul məhsulu üzrə XANIMLARA özəl endirim kampaniyasını təqdim
edir. Belə ki, 8 Mart Qadınlar günü münasibətilə 2-6 Mart tarixləri arasında Nağd Pul
məhsuluna müraciət edən xanımlar illik faiz dərəcəsinin 8%-i qədər endirim əldə edəcəklər.
18%-dən başlayan şərtlərlə təklif olunan kreditin maksimum məbləği 30.000 AZN,
kredit müddəti isə 48 ay təşkil edir. Bunlarla yanaşı, kreditə müraciət 20.000-AZN-dək olduqda
zaminsiz, kredit müddəti 24 ayadək olduqda isə 0% komissiya ilə verilir.
Kampaniyanın digər özəlliyi Nağd Pul kreditindən yararlanan xanımlara pulsuz kredit
kartı əldə etmək imkanının yaradılmasıdır.
Qeyd edək ki, Kampaniya 7 Mart 2020-ci il tarixinədək qüvvədədir. Kampaniyadan
yararlanmaq üçün qeyd edilən linkə bit.ly/kredit-sifarish müraciət edə bilərsiniz.
Bu fürsətdən yararlanmaq istəyən xanımlar üçün onlayn kanallarımızı diqqətinizə
çatdırırıq. Belə ki, son zamanlar istifadəyə verilmiş 055 3000 946 WhatsApp
( //wa.me/994553000946 ) nömrəsi ilə yanaşı, Facebook ( www.facebook.com/bankbtb ) və
Instagram ( www.instagram.com/bankbtb/ ) səhifələri, həmçinin, (012) 946 nömrəli Məlumat
mərkəzi və bankın rəsmi saytı üzərində online müraciət formaları sizin rahat şəkildə müraciət
etməyiniz üçün xidmətinizdədir.
Məlumat üçün bildirək ki, Bank "BTB” 2010–cu ildə təsis olunub və universal bank
olaraq bütün növ bank xidmətlərini göstərir.






