Logo

Əcnəbilər Azərbaycan banklarındakı əmanətlərinı çıxarır

Əcnəbilər Azərbaycan banklarındakı əmanətlərinı çıxarır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Bu il fevralın 1-nə Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında qeyri-rezidentlərin əmanətlərinin həcmi 423,1 mln. manat təşkil edib.

İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu kateqoriyadan olan əmanətlərin məbləği ilin əvvəlindən 11,1 mln. manat və ya 2,6% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə əmanətlərin məbləğində 362,1 mln. manat və ya 46,1% azalma qeydə alınıb.

Bu il fevralın 1-nə qeyri-rezidentlərin Azərbaycan fəaliyyət göstərən kommersiya banklarındakı əmanətlərinin 302,4 mln. manatı və ya 71,5%-i xarici valyutada yerləşdirilib.

Qeyd edək ki, 1 fevral 2020-ci il tarixinə fiziki şəxslərin (rezident və qeyri-rezident) Azərbaycan kommersiya banklarındakı cəmi əmanətlərinin məbləği 8 588,5 mln. manat təşkil edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR