Logo

Azərbaycan ötən il valyuta ehtiyatlarını 12%-dən çox artırıb

Azərbaycan ötən il valyuta ehtiyatlarını 12%-dən çox artırıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın valyuta ehtiyatları bu il yanvarın 1-nə 49 581,3 milyon ABŞ dolları təşkil edib.

Sfera.az  report-a xəbər verir ki, bunun 87,4%-i və yaxud 43 323,3 milyon ABŞ dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,6%-i, yaxud 6 258 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 1 022,8 milyon ABŞ dolları və yaxud 2,1% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 798,9 milyon ABŞ dolları və yaxud 1,9%, AMB-nin valyuta ehtiyatlarında isə 223,9 milyon ABŞ dolları və yaxud 3,7% artım olub.

2019-cu ildə isə ölkənin valyuta ehtiyatları 5 440,4 milyon ABŞ dolları və yaxud 12,3% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 4 808,1 milyon ABŞ dolları və yaxud 12,5%, AMB-nin valyuta ehtiyatları isə 632,3 milyon ABŞ dolları və yaxud 11,2% artım nümayiş etdirib.

ARDNF-nin valyuta ehtiyatları
(milyon ABŞ dolları)
AMB-nin valyuta ehtiyatları
(milyon ABŞ dolları)
Azərbaycanın valyuta ehtiyatları
(milyon ABŞ dolları)
01.01.202043 323,36 258,049 581,3
01.10.201942 524,46 034,148 558,5
01.07.201942 463,75 939,448 403,1
01.04.201940 273,35 778,646 051,9
01.01.201938 515,25 625,744 140,9
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR