Logo

İndi bəxşişi də nağdsız ödəmək olar

İndi bəxşişi də nağdsız ödəmək olar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ölkəmizdə nağdsız ödəniş ənənələrinin inkişafına daim dəstək verən

Azərbaycan Beynəlxalq Bankı bu məqsədlə daha bir yeniliyə imza atıb. Bank,

ödənişlərini nağdsız aparmağı sevən müştərilər üçün restoran və kafelərdə

hesabdan əlavə bəxşişləri də kart vasitəsilə ödəmək imkanı yaradıb.

Keyfiyyətli xidməti ilə müştəri məmnuniyyəti yaradan ofisiantlara sifarişin

haqqından əlavə bəxşişin də ödənilməsi əksər ölkələrdə bir ənənədir. Bu ənənə

Azərbaycanda da geniş yayılıb. Amma ölkəmizdə müştərilər bunun üçün nağd

puldan istifadə etməli olurdular. Çünki Azərbaycanda bu cür ödənişləri nağdsız

aparmaq mümkün deyildi. Azərbaycan Beynəlxalq Bankı bir neçə kafe və

restorandakı POS terminallarında pilot olaraq yeni funksiyanın tətbiqinə

başlamaqla bu məhdudiyyəti aradan qaldırıb. Bankla tərəfdaşlıq edən həmin

xidmət məkanlarında bu funksiya artıq işləkdir.

Yeni funksiya "BƏXŞİŞ” adlanır. Müştəri sifarişinin haqqını kartla ödədikdən

sonra istəyinə uyğun olaraq POS terminaldakı "BƏXŞİŞ” menyusuna keçid alır.

Ödəmək istədiyi bəxşişin faiz dərəcəsini göstərib əməliyyatı tamamlayır. Bu

yenilik həm təsərrüfat-xidmət obyektləri, həm də kart sahibləri üçün müştəri

məmnuniyyəti yaradacaq və nağdsız ödəniş ənənələrinə daha bir töhfə verəcək.

Yaradılmış yeni imkan turizmə əlavə dəstək verəcək, ölkəmizə gələn xarici

turistlərin rahatlığı baxımından da faydalı olacaq.

Xidmətdən yararlanmaq istəyən təsərrüfat-xidmət obyektlərinin sahibləri

POS terminalların quraşdırılması üçün bankın 937 nömrəli Məlumat Mərkəzinə

müraciət edə bilər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və

xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az

internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi

Facebook səhifəsindən əldə etmək olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR