No Image
No Image

İntihara cəhdinə görə səhiyyə sistemini ittiham edən qadınla bağlı - AÇIQLAMA

İntihara cəhdinə görə səhiyyə sistemini ittiham edən qadınla bağlı - AÇIQLAMA
Məlum olduğu kimi, ötən gün sosial şəbəkədə özünü öldürəcəyi ilə bağlı status yazan və koronavirusa yoluxduğunu güman edən Bakı sakini Günel Hakimxocayevanın (Günel Fərhad Hakimqoca) intihara cəhdinin qarşısı alınıb. 

Sfera.az xəbər verir ki, polis və FHN əməkdaşları həmin qadının yaşadığı ünvanı müəyyən edərək dərhal hadisə yerinə yollanıblar. Qadını intihar fikrindən döndərmək mümkün olub və o, özəl tibb müəssisəsinə yerləşdirilib. 

Qadın statusunda intihara cəhdinə görə səhiyyə sistemini ittiham edib. Belə ki,o, 38,5-39 dərəcə hərarətlə sahə həkiminə müraciət etsə də, sahə  həkimi onu yaşayış üzrə poliklinikaya yönləndirib. Vətəndaş iddia edir ki, yaşayış üzrə 8 saylı Şəhər Poliklinikasından zənglərinə cavab verən olmayıb. Həmçinin Təcili Tibbi Yardım və TƏBİB-ə olunan müraciət də cavabsız qalıb. 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, artıq G. Hakimxocayevadan "COVID-19” testi götürülüb və cavab neqativ çıxıb.

Təcili Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Nuridə Fərzəliyeva bildirib ki, ötən gün təxminən saat 18:17 radələrində 103 çağrı mərkəzinə həmin qadınla bağlı zəng daxil olub: "Zəng edən xanım qohumu üçün çağırış etdiyini deyib və koronavirus infeksiyasından şübhələndiyini bildirib. Belə simptomlarla müraciət edən şəxslər poliklinikalara göndərilib. Çünki bu cür yüngül xəstələrdən müayinə materialının götürülməsi ilə sahə poliklinikaları, sahə həkimləri məşğul olurlar”. 

Nərimanov rayonu ərazisində yerləşən 8 saylı Şəhər Poliklinikasından isə onlara həmin vətəndaş tərəfindən zəng olunmadığı bildirilib.  
 

 
 (Qafqazinfo)

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ramazanda vaksin vurdurmaq olarmı? - Hacı Şahin açıqladı

"Ramazan ayı boyunca məscidlərdə canlı xütbələr olacaq. Canlı yayım vasitəsilə, sosial şəbəkələr üzərindən insanlar bu ayinləri icra edə biləcəklər”. Sfer...

Gömrük Komitəsi ölkədən çıxarılan pullarla bağlı məlumat yaydı

"Ötən gün bəzi kütləvi informasiya vasitələrində Hesablama Palatasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatına istinadən yeddi bank vasitəsilə ölkədən nağd...

Azərbaycanda pandemiyanın bitəcəyi TARİX AÇIQLANDI - VİDEO

Azərbaycanda vaksinasiya artıq sürətli getməyə başlayıb. Azərbaycanda istifadə olunan vaksinlərin hamısı təhlükəsizlik baxımından dünyanın ən ciddi labaratoriya...

Həqiqi hərbi xidmətdən tərxis olunma niyə ləngiyir? - AÇIQLAMA

"Həqiqi hərbi xidmətin müddətinin uzadılması barədə xəbərlər əsassızdır” Sfera.az bildirir ki, bu sözləri Silahlı Qüvvələrdən tərxis olunmada ləngimələrin...

İşığın qiymətinin iki dəfə artırılacağı xəbərlərinə RƏSMİ CAVAB

İqtisadçı deyir ki, kommunal xidmətlərin tarifinin artması ehtimalı həmişə gündəmdə olacaq... Sfera.az bildirir ki, sosial şəbəkə istifadəçiləri iddia edi...

İntihara cəhdinə görə səhiyyə sistemini ittiham edən qadınla bağlı - AÇIQLAMA

Məlum olduğu kimi, ötən gün sosial şəbəkədə özünü öldürəcəyi ilə bağlı status yazan və koronavirusa yoluxduğunu güman edən Bakı sakini Günel Hakimxocayevanın (G...