İnternetdə tanış olub evləndiyi qadınla \"Google Translate\" vasitəsilə danışırdı - Böyük eşq hüsranla bitdi

İnternetdə tanış olub evləndiyi qadınla \
Türkiyənin Denizli bölgəsində yaşayan Ahmet Kara indoneziyalı həyat yoldaşından boşana bilmir.
 
Sfera.az bildirir ki, buna səbəb Nel Mavati adlı qadının məmləkətinə gedib qayıtmamasıdır. Belə ki, xəstəxanada təmizlik xidmətçisi işləyən 44 yaşlı Kaya 2018-ci ildə sosial media vasitəsilə  39 yaşlı Nel Mavatiylə tanış olub. "Google Translate”in köməkliyi ilə ünsiyyət quran cütlüyün münasibəti bu formada 7 ay davam edib. Ardınca onlar evlənməyə qərar veriblər və Ahmet bankdan 30 min türk lirəsi məbləğində pul götürərək İndoneziyaya yola düşüb. 2019-cu ilin aprel ayında Kara həyat yoldaşını yaşadığı Denizliyə gətirib və burada imam nikahı ilə ailə həyatı qurublar. Evlilikləri boyunca da, cütlük tərcümə proqramı ilə əlaqə yaradıb.
 
Lakin Mavati 4 aydan sonra öz ölkəsinə qayıdıb və bir daha geri dönməyib. Kara isə, həyat yoldaşının yol xərclərini qarşılamaq üçün dostlarından 5 min lirəlik borc alıb. Hazırda boşanmaq üçün yollar axtaran Türkiyə vətəndaşı çarəsiz qaldığını deyib. 

"Hələ də kreditləri ödəyirəm. Boşanmaq istəyirəm, amma olmur. Mavati məni hər yerdə əngəlləyib, 2019-dan bəri ondan məlumatım yoxdur.  Hazırda bir nişanlım var, onunla ailə həyatı qurmaq fikrindəyəm. Amma rəsmi nikahlı göründüyümə görə, ikinci evlilik edə bilmirəm. Çarəsizəm”, - deyə o qeyd edib.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

"Azərkosmos" “Türksat”la kommersiya müqaviləsi BAĞLADI

Türkiyənin Ankara şəhərində keçirilən Mərkəzi Asiya regionunun kosmik agentlik rəhbərlərinin Kosmik Texnologiyalar Konfransında (STC2024)&nb...

36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi OLDU

Bu il 36 azərbaycanlı tələbə 2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının qalibi olub.   Sfera.az bu bar...

Xalq artistinin konsertində izdiham yaşandı - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Dənizkənarı Milli parkda baş tutan xalq konsertində iştirak edib. Sferaz.az xəbər verir ki, pop ulduz həmin gecə üçün ağ libas...

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...