“İnsanların zövqünü korlamağa, mənəviyyatını...” – Damlaya sərt sözlər

“İnsanların zövqünü korlamağa, mənəviyyatını...” – Damlaya sərt sözlər

"Show News" verilişinin növbəti qonağı əməkdar artist Kəmalə Müzəffər olub.

Sfera.az yeni sabah-a istinadla  xəbər verir ki, o, müğənni Damlanın filmdə rol almasını sərt şəkildə tənqid edib. O, Damlanı qeyri-peşəkar adlandırıb:

"Son zamanlar müğənnilərin çəkildiyi filmlər o qədər də uğurlu alınmayıb. Damlanın çəkildiyi filmə baxdım, amma peşəkar ifa görmədim. Filmin bütün yükünü orada peşəkar aktyor və aktrisalar çəkirdi. Və filmi uçuruma yuvarlanmaqdan xilas edirdi. Hər kəs bacardığı işlə məşğul olsa, yaxşıdır. İnsanların zövqünü korlamağa, mənəviyyatlarını xəstələndirməyə ixtiyarımız yoxdur".


OXŞAR XƏBƏRLƏR