İnsanları yandırıb külünü ailələrinə göndərən general - Hitleri qorxuya salan "Praqa qəssabı" kimdir?

İnsanları yandırıb külünü ailələrinə göndərən general - Hitleri qorxuya salan
 İntiqam almaq üçün törətdiyi dəhşətli qırğınlara görə "Praqa qəssabı" adlandırılan, nasist general Reynhard Heydrix …

Keçmiş dənizçi zabit olan Heydrix, əslində, yəhudi idi, lakin o, bunu heç bir zaman qəbul etməyib.

Nasistlər arasında asanlıqla yüksələ biləcəyini dərk edən Heydrix, işgüzar və təşkilati xüsusiyyətlərə sahib olub. Buna görə də, dövrünün aparıcı siyasətçilərindən olan Himmlerin diqqətini çəkib.

Himler 3-cü Reyx əsas hərbi və siyasi xadimlərdən biri idi.
 

 
Himmler tərəfindən vəzifələndirilən Heydrixə verilən ilk iş, gizli kəşfiyyat agentliyi yaratmaq olub. Agentliyi quran Heydrixin karyerası daha sonra yüksəlsə də, o, heç vaxt buradan ayrılmayıb.

İşgəncə və şantajları gündəlik iş halına gətirən Heydrix, 1934-cü ildə, Ernst Roehm və komandasının öldürüldüyü gecə, Himmler və Görinq (alman siyasətçisi, hərbçi) ilə birlikdə qurban siyahısını da hazırlamışdı.
 

 
Himmlerin sağ əli kimi yüksələn Heydrix, birdən-birə 6 milyon yəhudini öldürən təşkilatın rəhbəri oldu.

Heydrix ən böyük missiyasını 1941-ci ildə həyata keçirdi. 1939-cu ildə almanlar tərəfindən işğal olunmuş Çexoslovakiya, nasistlərlə əməkdaşlıq etmək istəmirdi. Xalqın durumu bərbad vəziyyətdə idi. Ölkə iqtisadiyyatı da, demək olar ki, çökmüşdü. Bir müddət sonra Çexoslovakiyanı nasistlərə cəlb etmək vəzifəsi Heydrixə verildi. Heydrix vəzifəyə gələn kimi çexlərə pis üzünü göstərməyə başladı. Heydrix, ona verilən siyahı ilə missiyasını həyata keçirdi. Siyahıdakı şəxslərdən nasistlərə qatılmaq istəməyənlər edam edildi. Onlar arasında hərbçilər və mülki şəxslər də var idi. Bundan əlavə, Heydrixin əmri ilə edam edilən şəxslər yandırılır, daha sonra külləri bir qutuya qoyularaq ailələrinə göndərilirdi. Heydrixin törətdiyi cinayətlərlə Hitleri belə qorxuya salması, tarixi faktlar arasında yer alır. Bir çox tarixçilər onu Nasist rejiminin ən müəmmalı üzvlərindən biri hesab edirlər. Adolf Hitler onu "dəmir ürəkli adam" adlandırmışdı.
 

 
Cinayətlərinə görə "Praqa Qəssabı” adını alan Heydrix, hər gün yeni siyahılar hazırlayır, yeni edam əmrləri verirdi.
Həddindən artıq işləyən işçilərə əlavə əmək haqqı və qida dəstəyi təklif edən Heydrix, nasistlərin əlində bir oyuncaq olan hökumətdən də böyük dəstək alırdı. Praqa radiosunda hər gün Heydrixi tərifləyən çıxışlar edilirdi.

Qətliamlar törətdikdən sonra xalqa daha yumşaq bir münasibət göstərən Heydrix, Almaniyadan asılı olmaq şərti ilə Çexlərə muxtar bir rəhbərlik təklif etdi. Amma bundan başqa da bəzi şərtləri var idi.
 

 
Bu məlumatlara sahib olan müttəfiqlər və İngiltərədə mühacirətdə yaşayan Çex ordusunun yüksək rütbəli komandirləri, zabitlər və könüllülərdən ibarət yeni bir ordunun qurulmasına başlanıldı.

Sözügedən ordunun yaradılmasının tək səbəbi var idi - Heydrixi məhv etmək!
 

 
Heydrixi məhv etmək üçün iki kəşfiyyatçı zabit paraşüt ilə Çexoslovakiyaya endi. Heydrix törətdiyi qətllərə görə yüksək səviyyədə mühafizə olunurdu. Lakin mühafizəçiləri hesab etmirdilər ki, Heydrixə kimsə hücum edə bilər. 27 May 1942-ci ildə Reynhar Heydrix sarayından öz avtomobili ilə Berlinə yola düşdü. Berlində Fürerlə görüşən Heydrix, qayıdarkən həmin iki kəşfiyyatçı tərəfindən hücuma məruz qaldı və nəqliyyat vasitəsinə atılan əl bombası ilə yaralandı.
 

 
Heydrix xəstəxanaya yerləşdirildi, lakin durumu çox ağır idi. 1 həftəyə yaxın xəstəxanada həkimlər onun həyatda qalması üçün müdaxilələr etdilər. Lakin fayda olmadı. Minlərlə insanın həyatına son qoyan general, 1942-ci ilin iyunun 4-də həmin xəstəxanada həyatını itirdi.

Heydrixin öldürülməsindən sonra Lidice adlı bir çex kəndinə, sui-qəsdi dəstəklədikləri üçün basqın edildi. Kişilər, qadınlar və uşaqlar öldürüldü. Həmin qəsəbə məhv edildi və xəritədən silindi.
 

 
Heydrixi öldürən kəşfiyyatçılar isə, 1942-ci il iyunun 18-də gizləndikləri kiləsədə mühasirəyə alındılar. Lakin onlar nasistlərə təslim olmamaq üçün özlərini əl bombası ilə partladaraq öldürdülər.
 
(musavat.com)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...