İnsanları müqəddəs ziyarətgahlara aparmaq adı ilə aldadan şəxs saxlanılıb

İnsanları müqəddəs ziyarətgahlara aparmaq adı ilə aldadan şəxs saxlanılıb
 

Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan şəxs saxlanılıb. 

Sfera.az bildirir ki,  araşdırma zamanı müəyyən edilib ki, saxlanılan əvvəllər məhkum olunmuş paytaxt sakini Xəyal İsmayılov özünü dindar şəxslərə Ramil, Amil və Kamran kimi tanıdaraq onları İraq və İran İslam Respublikasında yerləşən ziyarətgahlara aparacağını söz verərək onlardan müxtəlif məbləğlərdə pul alıb. Ziyarət zamanı gəldikdə isə zəvvarlar X.İsmayılovla əlaqə saxlaya bilməyiblər. 

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs oxşar əməllərini təkcə Yasamal rayonu ərazisində deyil, paytaxtın digər rayonlarında da həyata keçirib. Qeyd edək ki, hələlik 31 nəfər zərərçəkən saxlanılan şəxsin qanunsuz əməllərindən polis orqanlarına şikayət edib.
Artıq X.İsmayılov barəsində toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim edilib. Bu şəxsin dələduzluq əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, onlardan aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinə müraciət etmələri xahiş olunur. 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...