\"İnsanlar ya uşaq, ya da pul üçün evlənirlər\" - Məşhur müğənni varlı ər axtarmadığını açıqladı

\
Məşhur türkiyəli müğənni Hande Yenerin son açıqlaması gündəm olub.
 
Sfera.az bildirir ki, jurnalistlərin suallarını cavablandıran ifaçı evlilik məsələsinə də toxunub. 3 illik münasibəti olan Yener pula görə ailə həyatı qurmağın yanlış olduğunu söyləyib.

"İnsanlar ya uşaq, ya da pul üçün evlənirlər. Varlı ər axtarışında olmadığıma görə, evlənməyim üçün səbəb də yoxdur. Üzrlü hesab etsinlər, amma ortada böyük bir sevgi də görmürəm. Evlilik məsələsində səhvi bir dəfə etdim – 20 il əvvəl. Necə ağıllanmışamsa, bir daha etmirəm”, - deyə Hande əlavə edib.
 
Qeyd edək ki, Hande Yener 17 yaşında ailə həyatı qurub və bu evlilikdən bir oğlu var.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR