Çinlə İran arasında bağlanan müqavilə Rusiyada narahatlıqla qarşılanır - ŞƏRH

Çinlə İran arasında bağlanan müqavilə Rusiyada narahatlıqla qarşılanır - ŞƏRH
Martın 27-də Çinlə İran arasında uzunmüddətli iqtisadi əməkdaşlığı və digər qarşılıqlı maraqları özündə ehtiva edən sənəd imzalanıb. Sənəd iki ölkə arasında strateji əməkdaşlıq platformasının dərinləşdirilməsinə hesablanıb və qarşıdan gələn 25 ili əhatə edəcək. Sənədi Tehranda Çinin Xarici İşlər naziri Van Yinlə iranlı həmkarı Məhəmməd Cavad imzalayıblar.

Sfera.az-ın məlumatına görə, bununla bağlı iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki,  Azərbaycan bu müqavilədən ciddi dividentlər qazana bilər:

"Yeni müqavilə 25 ilə bağlanılıb, dəyəri 400 milyard dollar olacaq. Müqavilə neft-qaz sektorundan tutmuş logistikaya, avtomobil sənayesindən tutmuş tikinti sektoruna qədər bir çox sahəni əhatə edəcək. Müqavilənin ən maraqlı hissəsi neftlə bağlıdır – yatırımların tamamına yaxınını İran xam neftlə Çinə qaytaracaq. Bu gün Çin günə 13,5 mln. barel neft istehlak edir, bu həcmin 6-6,5 mln. barelini Çin özü ərazisində hasil edir, günə 7-7,5 mln. barelə yaxın neft alır. Bu gün sanksiyalara və yatırım, texnologiya məhdudiyyətinə görə, İran günə cəmi 300 min barel neft sata bilir. Amma potensial olaraq yatırımlardan, yeni texnologiyaların tədbiqindən sonra İran günə 6 mln. barelə yaxən neft hasil edə, onun 4-4,5 mln. barelini ixrac edə bilər. Anlaşmaya görə, İran neftinin tamamını Çin alacaq, qiymət dünya bazarından, azı 10% aşağı olacaq, bu Çin üçün çox böyük üstünlükdür. İran üçün də, təbii ki, böyük imkanlar açır, həm də Qərbin İrana qarşı sanksiya siyasətini tam mənasızlaşdırır. Bu müqavilə neft bazarına da ciddi təsir göstərəcək, ən böyük neft alıcısı olan Çinin ehtiyaclarının yarıdan çoxunu İran daha ucuz qiymətə verəcəksə, bu zaman digər ölkələr də "discount” etməyə məcbur qalacaqlar.

Çin şirkətlərinin baş ofisləri, logistika mərkəzləri Azərbaycanda ola bilər, yük daşımalardan qazanc əldə edə bilərik. Amma, əgər bu müqaviləyə Qərb çox kəskin reaksiya verəcəksə, bu iş çətinləşə bilər. Bu zaman regional layihələrdə Türkiyə ilə birgə işləmək lazımdır, bunun təzyiqlərdən sığortalanmaq üçün mühüm rol oynama ehtimalı var”.

Ekspert bildirib ki, Rusiya bu müqavilədən razı deyil: "Çünki bu gün Çinə ən çox neft satan ölkə məhz Rusiyadır – İran nefti Rusiya neftini Çin bazarından sıxışdırıb çıxara bilər. Bu qaza da aiddir – müqaviləyə görə, Çin  Benderebas limanını da modernləşdirəcək və orada sıxılmış qaz üçün limanlar tikəcək”.
 
Natiq Cəfərlinin sözlərinə görə, hazırda regionda maraqlı proseslər gedir:

"İran qaz ehtiyatlarına görə dünyada birinci yerdədir, yeni yatırımlarla İran qısa zaman kəsimində böyük qaz ixracatçısına çevriləcək. Çin isə yaxın 10 ildə ən böyük qaz idxal edən ölkəyə çevriləcək. Deməli, Rusiyadan aldığı qazın həcmi də kəskin azala bilər. Çinin ekspansiyası güclənəcək, hətta Gürcüstana da 8 milyard dollar yatırım qoymaqla bağlı yeni müqaviləsi var”.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...