İnflyasiyanın artımına səbəb nədir? – Ekspertdən açıqlama

İnflyasiyanın artımına səbəb nədir? – Ekspertdən açıqlama

"2020-ci ilin yanvarında inflyasiyanın artaraq 2,7 faizə qədər yüksəlməsinə əhalinin gəlirlərinin artması fonunda daha böyük həcmdə pul kütləsinin dövriyyəyə daxil olması səbəb olub”.


Sfera.az-a açıqlamasında bu sözləri 2019-cu ilin yanvarında Azərbaycanda inflyasiyanın 1,7 faiz olması və cari ilin ilk ayında 2,7 faizə yüksəlməsi səbəblərinə toxunarkən Libeqarl İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib:

 

"Keçən il ərzində Azərbaycanda əhalinin gəlirlərinin artması istiqamətində xeyli işlər görüldü. Orta aylıq əmək haqqı yüksəldilərək 250 manata, minimum əmək pensiyası isə 200 manata çatdırıldı. Bu gəlir mənbələrindən yararlanan əhalinin sayı çox olduğundan baş verən artımlar hesabına böyük həcmdə pul kütləsi maliyyə dövriyyəsinə daxil oldu. Məhz bunun əsasında da xərc inflyasiyasının yaranması müşahidə edildi”.

 

Müsahibimiz hesab edir ki, belə vəziyyətdə ölkədə mövcud olan inhisarçılıq da inflyasiya səviyyəsinin artmasına təsir edib: "Azərbaycanda inhisarçılıq geniş arealı əhatə edib. Ondan azad olan sahələr çox cüzidir. Ona görə də yaranmış vəziyyətdə əhalinin gəlirlərinin artması birbaşa qiymətlərin bahalaşmasına, o da öz növbəsində inflyasiya səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Sirr deyil ki, inhisarçılığın hökm sürdüyü ölkədə əhalinin gəlirlərinin artımı monopolist üçün qiymətləri qaldırmaq baxımından bir əsasa çevrilir. Onlar ticarət dövriyyəsi artanda mənfəət əldə etmək üçün mütləq qiymətləri qaldırırlar. Belədə inhisarçılığın olduğu yerlərdə əhalidə müəyyən dərəcədə artan pul kütləsini öz çiblərinə doldurmağa çalışırlar”.

 

Ekspert inflyasiyanın artımına rəvac verən digər amilləri də sadaladı: "İnflyasiyanın artımına təsir edən digər amil sahibkarların xərcinin artmasından qaynaqlanır. Habelə, bu müddətdə idxal qiymətləri də yüksəlib. Dünya bazarında baş verən qiymət artımı dərhal Azərbaycan bazarına da təsir edir”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb.   APA-nın xəbərinə görə, noyabrın 29-da keçiriləcək iclasın gündəliyinə aşağıdakı məs...

Rusiya - Azərbaycan oyunlarının hakimləri açıqlandı

Qadınlardan ibarət Azərbaycan milli komandasının noyabrın 28-də və dekabrın 2-də Rusiya yığması ilə Soçidə keçirəcəyi yoldaşlıq görüşlərinin hakimləri müəyyənlə...

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağır.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nb...

COP29 Azərbaycana etibar edilmiş ən məsuliyyətli tədbirlərdən biri idi

Azərbaycan bir çox qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edib ki, onlardan biri də COP29-dur.   COP29 kimi bir layihənin ev sahibliyinin Azərbay...

Alişan dostu ilə 30 il əvvəlki fotosunu paylaşdı

Müğənni Alişan arxiv fotosu ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, sənətçi sosial şəbəkədə yaxın dostu İsmail Özkanla fotosunu paylaşaraq ...

Məzahir Pənahov qadınlara müraciət etdi

"Mərkəzi Seçki Komissiyasının (MSK) mövqeyi budur ki, namizədliyi qanunla qadağan edilməyən hər kəs bələdiyyə seçkilərində iştirak edə bilər". &nbs...