Çindən gətirilən mallar bahalaşacaq – Dolların yuan qarşısında dəyər istirməsinin yaratdığı mənzərə

Çindən gətirilən mallar bahalaşacaq – Dolların yuan qarşısında dəyər istirməsinin yaratdığı mənzərə
2020-ci ilin iyunundan Çinin milli valyutası olan yuanın bahalaşması müşahidə edilir. Ötən il mayın sonunda bir dollar 7,17 yuana yüksəldikdən sonra məzənnə tədricən enir. Hazırda məzənnə 6,45 səviyyəsindədir. Müqayisə göstərir ki, ötən 9 ay ərzində dollar yuana qarşı 10 faiz ucuzlaşıb.
 
Sfera.az xatırladır ki, yuan sonuncu dəfə 2018-ci ilin mayında bu qədər baha olub. Daha sonra isə yuan tədricən ucuzlaşıb.

Yuanın bahalaşmasını şərtləndirən əsas amil məzənnədəki sərbəstliyin artırılmasıdır. 2015-ci ildən yuanın məzənnəsində sərbəstliyin artmasını görürük. 1995-ci ildən 2005-ci ilə qədər yuanın kursu sabit olub. Həmin dövrdə bir dollar 8,3 yuana dəyişdirilirdi. Sonra yuan bahalaşaraq bir dollar 6,1 yuana endi. Məhz 2015-ci ildən dollar yuan məzənnəsində dəyişkənlik intensivləşib. Buna görə də dolların yuana nisbətən müəyyən aralıqlarla bahalaşması və sonra ucuzlaşması müşahidə olunur.
 
Yuanın bahalaşmasının nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir. Mümkündür ki, bir müddətdən sonra dollar/yuan kursu stabilləşsin. Lakin istənilən halda bu məzənnə səviyyəsi Çindən idxal edilən malların bahalaşmasına səbəb olur.
 
Ümumi qayda belədir ki, milli valyuta zəif olduqda yerli malların xarici valyutalarda dəyəri aşağı düşür, bahalaşdıqda isə artır. Bu səbəbdən də Çin yuanı bahalaşdıqca buradan ixrac edilən mallar bahalaşır. Ona görə də son bir ildə dünya bazarlarında Çin mallarının qiymətinin yüksəlməsi qeydə alınıb. Ticarət məzənnəsindəki sərbəstliyin artması belə düşünməyə əsas verir ki, Çində yerli malların qiyməti yaxın aylarda bir ildə daha da yüksələcək.
 
Yuanın bahalaşması Çindən ölkəmizə idxalın dəyərini artırıb. Çindən idxal 1,413 milyard dollara yüksəlib. İdxalın dəyərinin artmasının bir səbəbi də yuanın 10 faizə yaxın bahalaşmasıdır. Kurs yüksəldikdə eyni miqdarda olan malın alışına daha çox pul ödənməli olur. Mövcud məzənnə qalacağı təqdirdə qarşıdakı aylarda Çindən idxalın bir qədər də yüksəlməsi gözlənilir.

Vasif
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR