Çin x-ray cihazını qadağan edib

Çin x-ray cihazını qadağan edib
Çinin bəzi bölgələrindəki hava limanı və qatar stansiyalarında radiasiya riski səbəbilə x-ray qurğularının istifadə edilməsi qadağan edilib.

Sfera.az xəbər verir ki, Çin bəzi bölgələrdəki hava limanı və qatar stansiyalarında x-ray qurğularının istismarını radiasiya riskinə görə qadağan edib.
 
Çin Ətraf Mühitin Mühafizəsi Nazirliyi ölkənin cənubundakı Sıçuan əyaləti və digər bölgələrdəki hava limanı və qatar stansiyalarında təhlükəsizlik nəzarəti məqsədli istifadə edilən bədən darama x-ray qurğularının qaldırılması tapşırığını verib.

Nazirlik, Sıçuan əyalətinin paytaxtı Çıngduda bəzi sərnişinlərin radiasiya riskinə qarşı şikayəti üzərinə insanların sağlamlığını qorumaq üçün regionda icazə olmadan x-ray qurğularının istehsalı, satışı və istifadə edilməsinin dayandırılmasının bir növ hüquqi sanksiyaların gücləndirilməsi məsələsində Sıçuan Əyaləti Ətraf Mühiti Qoruma Vahidinə (DEPSP) yazılı təlimat göndərib.
 
DEPSP də Çıngdu şəhərində nazirliyin göstərişi əsasında x-ray qurğularının qaldırılmasını və bu məsələnin araşdırılmasını istəyib.
 
Digər tərəfdən, nazirlik araşdırmalar nəticəsində x-ray qurğularının insan bədəninə çox kiçik bir təsiri olduğunu ancaq çox əhali və sıx səyahət həcminə malik Çində aeroport və qatar stansiyalarında bədən darama məqsədli bu cihazların uyğun olmadığını açıqlayıb.
 
Nəqliyyat nöqtələrində yüksək təhlükəsizliyin olduğu ölkədə, bu təcrübənin başlanması ilə x-ray qurğularının əvəzinə nə istifadə ediləcəyinə dair isə məlumat verilməyib.

OXŞAR XƏBƏRLƏR