Çin ABŞ-a sanksiya tətbiq etdi

Çin ABŞ-a sanksiya tətbiq etdi

Çin ABŞ-ın döyüş gəmiləri və təyyarələri ilə Honkonqa səfərləri barədə müraciətlərinə baxılmasını dayandırır.

"RİA Novosti” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin danışıb.

Onun sözlərinə görə, rəsmi Pekin həmçinin, "Human Rights Watch”, "NDI” və "Freedom House” da daxil olmaqla bir sıra qeyri-hökumət təşkilatlarına qarşı sanksiyalar tətbiq edəcək. Bu tədbirlər Vaşinqtonun Honkonqla bağlı qəbul etdiyi qanuna cavab xarakteri daşıyıb.

"Bunun nə vaxt başa çatması ABŞ-ın növbəti addımlarından asılıdır”, - diplomat bildirib.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp Honq Konqla bağlı 2 qanun ("İnsan hüquqları və demokratiyanın müdafiəsi haqqında” və "Honq Konqa polis avadanlığının çatdırılmasının qadağan edilməsi haqqında”) imzalayıb. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Ekspert: “Ordumuzun gecə vaxtı döyüş atışlı təlimi yüksək dəqiqliklə keçirilib”

 "Gecə vaxtı döyüş atışlı kimi mürəkkəb təlimlərin keçirilməsi və heç bir xoşagəlməz hadisənin olmaması Azərbaycan Ordusunun peşəkarlığını göstərir. Buna g...

Azərbaycan Prezidenti: "Nə qədər vəsait lazımdırsa, o qədər də ayıracağıq"

 "Əlbəttə, bu pandemiya təsirsiz ötüşmədi. Dünyanın aparıcı maliyyə qurumları indi ortaya müxtəlif proqnozlar qoyurlar - dünya iqtisadiyyatı nə qədər tənəz...

Azərbaycan Ordusu cəbhəboyu zonada gecə təlimləri keçirib - FOTO - VİDEO

 Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən hərbi hissələrində döyüş atışlı taktiki təlimləri keçirilib. Müdafiə Nazirliyindən Sfera.az-a verilən...

Aslan İsmayılovdan Mikayıl Cabbarova açıq müraciət – "Bir şeyi dəqiq bilin..."

Tanınmış hüquqşünas Aslan İsmayılov iqtisadi inkişaf naziri Mikayıl Cabbarova müraciət ünvanlayıb. Sfera.az xəbər verir ki, hüquqşünas bir qədər öncə n...

“Bunun kimə nə dəxli var?” – Deputatlar karantin qaydalarını pozan həmkarına dəstək verdi

"Bir epizoda görə məsələni bu qədər ictimailləşdirməyə ehtiyac yoxdur”. Bu sözləri Sfera.az-a açıqlamasında 91 saylı Ucar Seçki dairəsindən deputat Rami...

“Prezidentlik iddiаsı ilə yаşаyаn Mehdiyev bütün imkаnlаrını səfərbərliyə аlıb”

 "İyunun 18-də ölkə mətbuatında geniş yer alan "Korrupsiya və rüşvətxorluq piramidası demontaj edilir” yazıma müxtəlif bucaqdan – dövlətçilik mövqeyindən y...