İmperatorun 121 qadının qeyri-adi sirri: Riyazi məsələlər necə həll edilirdi?

İmperatorun 121 qadının qeyri-adi sirri: Riyazi məsələlər necə həll edilirdi?
Vaxtın ölçülməsindən dəniz naviqasiyasınadək - riyaziyyat tarixən qədim sivilizasiyaların inkişafında mühüm rol oynayıb.
 
Qərb sivilizasiyasında riyaziyyatın tarixi Qədim Misir, Mesopotamiya və Qədim Yunanıstandan başlayır. Lakin bu dövlətlərin süqutundan sonra Qərbdə riyaziyyat bir neçə yüzillik ərzində inkişafdan qaldı.
 
Bu dövrdə Şərqdə riyaziyyatın inkişafı yeni zirvələrə qalxdı.
 
Qədim Çində 9000 km uzunluğu olan Böyük Çin səddinin layihələşdirilməsində və inşasında riyaziyyat əsas alət rolunu oynayıb.
Çin imperatorunun saray əhlinin həyatı rəqəm və riyazi ədədlərlə müəyyən edilirdi.
Qədim Çində imperator hərəmxanası sistemi hökmdar üçün çoxsaylı və layiqli varislərin dünyaya gəlməsini təmin etməli idi.
 
İmperatorun planları və qərarları təqvimə və planetlərin hərəkətinə uyğun qurulurdu. Riyazi modellər imperatorun gününün və hətta gecəsinin necə keçəcəyini müəyyən edirdi.
İmperatorun vəzirləri, misal üçün, imperator hərəmxanısandakı qadınlardan heç birinin diqqətsiz qalmaması üçün müəyyən riyazi distur icad etmişdilər.
İmperatorun gecələrinin cədvəli həndəsi silsilə əsasında qurulmuşdu. Əfsanəyə görə, imperator 121 qadından ibarət hərəmxanasının hər bir üzvü ilə 15 gecədən ibarət dövr ərzində yatmalı idi.
 
İmperatorun 121 qadını bunlar idi: imperatriça, üç böyük arvadı, doqquz digər arvadı, 27 məşuqəsi və 81 kənizi.
Qadınların hər bir növbəti qrupu əvvəlki qrupdan sayca üç dəfə çox idi. Birinci gecə imperatriçanın idi.
Sonrakı gecəni imperator üç böyük qadını ilə keçirməli idi.
Üçüncü gecə qalan doqquz arvad üçün idi.
 
Daha sonrakı üç gecəni imperator 27 məşuqəsi ilə keçirməli idi - hər gecə onun yanına 9 məşuqəsi gəlirdi.
 
Qalan gecələri isə imperator kənizlərilə keçirirdi - hər gecə onun yanına yenə də doqquz kəniz gəlirdi.
 
Əfsanəyə görə, riyaziyyat Çinin əfsanəvi Huanq Di və ya Sarı İmperatorunun hökmülə eramızdan 2800 il əvvəl yaradılıb.
 
Bu cür "cədvəl" imperatorun, hərəmxanasının "yüksək ranqlı" qadınları ilə gecəni ayın bədirlənməsi dövründə keçirməsini təmin etməli idi.
 
Nəticədə, Çin fəlsəfəsində qadın gücünün "in" adlanan pik dövrü və imperatorun "yan" kişi gücünə uyğun gəlməli di.
 
İmperatorun vəzirləri belə cədvəl tutmaqla ilk növbədə imperatorun layiqli varislərinin, daha dəqiq deyilsə, mümkün varislərdən ən yaxşısının dünyaya gəlməsini təmin etməyə çalışırdılar.
 
Digər dövlət işləri də riyaziyyat əsasında aparılırdı.
 
Riyaziyyata maraq
 
Rəqəmlərin sehrli gücünə Çində bu gün də inanırlar.
 
Çində 10 rəqəmi əsasında qurulan hesablama sistemi Qərblə müqayisədə 1000 il əvvəl istifadə olunmağa başlanıb.
Əfsanəyə görə, riyaziyyat Çinin əfsanəvi Huanq Di və ya Sarı İmperatorun hökmü ilə eramızdan 2800 il əvvəl ilahi qüvvələr tərəfindən yaradılıb.
 
O dövrdə çinlilər rəqəmlərin kosmosdan Yerə göndərildiyinə inanırdılar.
 
Tək ədədlər kişi mənşəli, cüt ədədlər isə qadın mənşəli sayılır.
4 rəqəmindən Çində hamı kənar durmağa çalışırsa, 8 rəqəmi, əksinə, Çində xoşbəxtlik gətirən rəqəm sayılır.
 
Eramızın VI əsrində Çində irəli sürülmüş ədəd qalıqlarına dair riyazi teorem astronomiyada istifadə olunub, planetlərin hərəkət trayektoriyasının hesablanmasına tətbiq edilib.
 
Həmin nəzəriyyədən indiyədək istifadə olunur, misal üçün, internet şəbəkələrində məlumatların kodlaşdılrılması üçün.
 
Marcus du Sautoy, Oxford Universitetinin riyaziyyat professoru 


OXŞAR XƏBƏRLƏR

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...