İmişli sakini bədbəxt hadisə nəticəsində ÖLDÜ
20:10 / 12.10.2021
1443
İmişlidə fəhlə bədbəxt hadisə nəticəsində ölüb.
Sfera.az xəbər verir ki, hadisə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.
İmişli sakini, 1980-ci il təvəllüdlü Şirinov Ramil Akif oğlu iş prosesində beton kütlənin arasında qalaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı İmişli rayon prokurorluğu araşdırma aparır.