İlk növbədə bu şəxslərə vaksin vurulacaq - TƏBİB
Sağlıq
10:14 / 23.12.2020
1840
İlk növbədə risk qrupuna daxil olan insanların COVİD-19 virusuna qarşı vaksinasiyası aparılacaq.
Sfera.az-ın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı "Real TV"-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu gün ağır pandemiyadan qurtulmağın vaksinasiyadan başqa yolu yoxdur.
Əhalinin maarifləndirilməsi üçün çoxlu sayda materialların hazırlanacağını və onların ictimiayyətlə paylaşılacağını nəzərə çatdıran R.Bayramlı qeyd edib ki, vaksinasiya pulsuz olacaq və vaksinasiya strategiyasında yer alan risk qruplarına tətbiq olunacaq.