“İlk dəfədir Köçəryan Paşinyanı qabaqlayır” - Ermənistan vətəndaş müharibəsinə doğru

“İlk dəfədir Köçəryan Paşinyanı qabaqlayır” - Ermənistan vətəndaş müharibəsinə doğru
"GALLUP-un sorğusuna əsasən, ilk dəfədir Robert Köçəryan Paşinyanı qabaqlayır. İrəvanda və digər yerlərdə Robert öndə görünür”.

 

 

Bunu politoloq Rusif Məmmədsoy Sfera.az-a açıqlamasında deyib. O bildirib ki, seçkilər zamanı Köçəryanın qalib gəlməsinə ehtimal vermir:

 

 

"Burada bir sıra məsələlər də ön plana çıxır. Köçəryan deyir ki, "bizim üçün məğlubiyyət anlayışı yoxdur” və.s. Bu şüarı dəstəkləyən insanlar çoxluq təşkil edir. Deməli, nəticə çıxarmayıblar və onlara bel bağlamaq, humanistlik göstərmək olmaz. İlk fürsətdə "intiqam" almağa çalışacaqlar. Bundan əlavə Köçəryanın kim olduğu hər birimizə bəllidir. Onu dəstəkləyənlər birmənalı şəkildə yeni müharibə arzusundadırlar”.

 

 

Politoloq qeyd edib ki, hər şey Rusiyanın maraqlarına uyğun şəkildə davam edir:

 

"Paşinyan daha da zəifləyir. Putinə də məhz bu lazımdır. Bu vəziyyətdə hakimiyyətdə qala bilər. Çünki Rusiya üçün təhdid deyil. Köçəryan Rusiya üçün maraqlı deyil. Rusiyanın təşkilatçılığı ilə imzalanmış anlaşmalar mövcuddur. Bundan yayınmaq Rusiyanın maraqlarına ziddir. Əgər bu baş verərsə, Moskva həm Cənubi Qafqazda, həm də Avropada öz imicinə ciddi zərbə almış olar. Proseslər Ermənistanı vətəndaş müharibəsinə sürükləyir”.

 

 

 

Günay Rəsulqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR