İlin ilk Ay tutulması başa çatdı - VİDEO

İlin ilk Ay tutulması başa çatdı - VİDEO
İlin ilk Ay tutulması hadisəsi başa çatıb.

Sfera.az xəbər verir ki, bu, tam Ay tutulması olub.

Təbii hadisə saat 07:29-da başlayıb, saat 8:53-də sona çatıb. Tutulmanın maksimumu saat 8:11-də qeydə alınıb.

Təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən izləmək mümkün olub.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğundan təbii hadisə Azərbaycanda müşahidə edilməyib.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində təbii hadisənin foto və videogörüntüləri yayılıb.    


OXŞAR XƏBƏRLƏR